Dünya çempionatının vaxtı dəyişdi

2021-ci ildə keçirilməsi planlaşdırılan çimərlik voleybolu üzrə dünya çempionatının vaxtı dəyişdirilib.

Sportline.az xəbər verir ki, Romada təşkil olunacaq mundial 2022-ci ildə keçiriləcək.

Koronavirus pandemiyası səbəbindən Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsinə görə dünya çempionatının vaxtı dəyişdirilib.