Dünya çempionu "Aston Villa" ilə yeni müqavilə imzalayıb

"Aston Villa"nın argentinalı qapıçısı Emiliano Martinez komandası ilə müqaviləni uzadıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 31 yaşlı qapıçı daha 5 il Birminqem klubunun şərəfini qoruyacaq.

Martinez 2020-ci ildə "Arsenal"dan "Aston Villa"ya keçib və 2021-ci ildə klubda mövsümün oyunçusu seçilib.

Ötən mövsüm "Aston Villa" ilə 47 oyuna çıxan Martinez bu görüşlərdə 61 qol buraxarkən 15 oyunda qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, Martinez 2022-ci ilə Argentina ilə Dünya çempionu olub.