Dünya kuboku da ləğv olundu

Martda İspaniyanın Marbelya şəhərində keçirilməsi planlaşdırıldığı halda koronavirus pandemiyasına görə təxirə salınmış bədii Gimnastika üzrə Dünya Kuboku barədə qərar verilib. 
 
Sportline.az xəbər verir ki, Beynəlxalq Gimnastina Federasiyası (FIG) bir neçə dəfə təxirə salınmış turniri yekunda ləğv edib. 
 
Təqvimdə hələ ki, Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək dünya çempionatı var. Yarış təxirə salınıb, amma ləğv olunmayıb. 
 
Daha öncə 24 - 26 apreldə Bakıda keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə Dünya Kuboku təxirə salınıb.