Dünya kubokunun qalibləri müəyyənləşdi

Bakıda keçirilən idman gimnastikasıDünya Kuboku turnirinə yekun vurulub.

Sportline.az xəbər verir ki, yarışın son günündə qadınların sərbəst hərəkətlər üzrə final mərhələsində ABŞ idmançısı Ceyd Keri 14.600 xal toplayaraq qızıl medal qazanıb.

Yaponiyalı Kohey Kameyama dəstəli atda hərəkətlərin final mərhələsində 15.233 xal toplamaqla birinci olub.

Qadınların gimnastika tiri üzrə yarışda avstraliyalı idmançı Emma Nedov 14.100 xalla rəqiblərini qabaqlayıb.

Kişilərin dayaqla tullanma yarışında koreyalı idmançı Hakseon Yanq 14.970 xalla fəxri kürsünün birinci pilləsinə yüksəlib.

Beləliklə, ABŞ yığması 2 qızıl medalla komanda hesabında qalib olub. Bir qızıl, bir gümüş və eyni sayda bürünc medal əldə edəm Rusiya ikinci yeri tutub. "Üçlüy"ü bir qızıl və 2 "bürünc"lə Çin qapayıb.

Qeyd edək ki, yarış "Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Ümumilikdə 41 ölkədən 170 gimnast mübarizə apardığı turnirdə Azərbaycan 4 idmançı ilə təmsil olunub. Onlardan Nikita Simonov gümüş medal qazanıb. Marina Nekrasova, Murad Ağarzayev və İvan Tixonov fəxri kürsüyə yüksələ bilməyiblər.