"Qalatasaray"dan yeni transfer həmləsi
Türkiyənin "Qalatasaray" klubu rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun transferi ilə bağlı Moskvanın "Lokomotiv" klubu ilə razılığa gəlib.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi 21 yaşlı futbolçu üçün bonuslarla birlikdə 25 milyon avro ödəməyə hazırdır.
"Qalatasaray" prezidenti Dursun Özbekin də təklifi təsdiqlədiyi bildirilir.
Hazırda transferin yekunlaşdırılması üçün son danışıqlar aparılır.
"Lokomotiv"in yetirməsi olan Batrakov əsas komandada 81 matçda 33 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.