Darvin Nunezdə "Trabzonspor"a keçir?
Türkiyənin "Trabzonspor" klubu heyətini daha bir ulduz futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Misirli ulduz Məhəmməd Salahdan sonra hazırda "Əl-Hilal"ın şərəfini qoruyan uruqvaylı müdafiəçi Darvin Nunez də Türkiyə təmsilçisində çıxış etməyə razılıq verib.
Xarici mətbuatın yazdığına görə, Nunezin transferini "Beşiktaş"ın vitse-prezidenti İbrahim Şahinkaya reallaşdırıb. Səudiyyə Ərəbistanında işgüzar səfərdə olan "Beşiktaş" rəsmisi uruqvaylı ulduzu "Trabzonspor"da oynamağa razı sala bilib.
Qeyd edək ki, 27 yaşlı Darvin Nunez bu günə kimi "Benfika" və "Liverpul" kimi məşhur klubların formasını geyinib.