“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi
“Qəbələ” növbəti transferini rəsmiləşdirib.
Sportline.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. “Qırmızı-qaralar” braziliyalı müdafiəçi Edson Eduardo ilə anlaşıb. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Edson son olaraq İslandiyanın “Vestri” klubunda çıxış edib. O, buna qədər vətənində “Rondoniense”, “Anapolis”, “Ponte Preta” və Tunisdə “Qabes” klublarının formasını geyinib.
Xatırladaq ki, "Qəbələ" buna qədər Kouya Mabena, Natan Monzanqo, Karim Rossi, Uboçioma Meşak, Bruno Silva və Artur Mottanı heyətinə cəlb edib.
