"Çelsi"dən "Hall Siti"yə keçə bilər
İngiltərənin "Hall Siti" klubu "Çelsi"nin qazaxıstanlı hücumçusu Dastan Satpayevi sıralarına cəlb etmək istəyir.
Sportline.az xəbər verir ki, bu barədə "The Sportzine" nəşri məlumat yayıb.
Premyer Liqaya yüksələn klub 17 yaşlı futbolçunun 2026/2027 mövsümündə icarəyə götürülməsi ilə bağlı "Çelsi"yə müraciət edib.
London təmsilçisinin rəhbərliyi gənc ulduzun qarşıdakı mövsümdə daha çox oyun təcrübəsi qazanması üçün variantlar axtarır. İlkin plana əsasən, Satpayevin "Çelsi" Fransanın "Strasburq" klubuna icarəyə verilməsi nəzərdə tutulurdu. Lakin "Hall Siti"nin təklifi İngiltərə klubunun planlarını dəyişə və futbolçunun karyerasını ölkədə davam etdirməsinə səbəb ola bilər.
Satpayev avqustun 12-də 18 yaşını tamamladıqdan sonra rəsmi olaraq "Çelsi"nin futbolçusu olacaq. London klubu qazaxıstanlı hücumçunun transferi üçün 2,4 milyon avro ödəyib.