Dünya çempionatı: Ramal Aslanovdan növbəti qələbə

Kikboksçuların dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, İtaliyanın Yesolo şəhərində təşkil edilən mötəbər yarışda millimizin kapitanı Ramal Aslanov ikinci qələbəsini qazanıb.

Low Kick versiyasında 75 kq çəki dərəcəsində qüvvəsini sınayan Aslanov rusiyalı Aleksandr Qelvixə qalib gələrək yarımfinala yüksəlib.