Dünyanın ən çox pul xərcləyən məşqçiləri açıqlanıb
21-əsrdə transferə ən çox pul xərcləyən baş məşqçilərin siyahısı müəyyənləşib.
Sportline.az “Transfermarkt” portalına istinadən xəbər verir ki, siyahıya ispaniyalı çalışdırıcı Pep Qvardiola başçılıq edir.
- Pep Qvardiola –2.06 milyard avro
- Joze Mourinyo – 1.91 milyard avro
- Karlo Ancelotti – 1.79 milyard avro
- Massimiliyano Alleqri – 1.42 milyard avro
- Dieqo Simiyone – 1.42 milyard avro
- Antoniyo Konte – 1.33 milyard avro
- Manuel Pelleqrini – 1.25 milyard avro
- Tomas Tuxel – 1.25 milyard avro
- Unayi Emeri – 1.23 milyard avro
- Maurisyo Poçettino – 1.15 milyard avro