Dünyanın ən yaxşı gənc futbolçusunun adı açıqlandı
İtaliyanın "Tuttosport" nəşrinin keçirdiyi sorğu əsasında dünyanın ən yaxşı gənc futbolçusu müəyyənləşdirilib. SportLine.az xəbər verir ki, səsvermədə bütün rəqiblərini qabaqlayan Portuqaliya millisi və "Bavariya"nın yarımmüdafiəçisi Renato Sançes "Golden Boy" mükafatına sahib çıxıb.
Qeyd edək ki, ötən il bu mükafatı "Mançester Yunayted"in hücumçusu Antoni Marsyal qazanıb.