Duqlas Luiz "Aston Villa"ya qayıtdı
"Aston Villa" Duqlas Luizi mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb.
Sportline.az xəbər verir ki, bu haqda Birmingem klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 14 matçda 1 asistlə yadda qalıb.
Qeyd edək ki, D.Luiz mövsümün ilk hissəsini "Nottingem"də icarə əsasında keçirib.
Sözügedən oyunçu müqavilə əsasında "Yuventus"a məxsudur.