Duqlas Luiz "Çelsi"yə keçə bilər
"Çelsi" Duqlas Luizi heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Tutto Sport" nəşri məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 14 matçda 1 asistlə yadda qalıb.
Qeyd edək ki, D.Luiz hazırda "Nottingem Forest"də çıxış edir. Sözügedən futbolçu müqavilə əsasında "Yuventus"a məxsusdur.