Eda Erdem: “Çempionlar Liqasını qazanmaq istəyirik”

“Fənərbağça”nın ulduz voleybolçusu Eda Erdem yeni mövsüm öncəsi jurnalistlərə müsahibə verib.

Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, 37 yaşlı voleybolçu bu mövsüm bütün turnirləridə favoit olduqlarını bildirib.

“Mövsümdəki hədəflərimiz Çempionlar Liqasında və Türkiyə Liqasında çempion olmaqdır. Bunun üçün mübarizə aparacağıq. Bu mövsüm Çempionlar Liqasındakı rəqiblərimiz çox güclüdür. Lakin biz də gücümüzü meydanda sübut edəcəyik”, - deyə Eda Erdem bildirib.

Qeyd edək ki, Eda Erdem 2008-ci ildən “Fənərbağça”nın şərəfini qoruyur.