Ederson "Mançester Yunayted"də
"Atalanta"nın futbolçusu Ederson yayda "Mançester Yunayted"ə keçəcək.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikola Şıkira məlumat yayıb.
26 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 40 matçda 3 qol, 2 asistlə yadda qalıb.
Qeyd edək ki, Ederson dəyəri 40 milyon avrodur.