Eduard Məmmədov 26-cı dəfə dünya çempionu oldu
Azərbaycan kikboksçusu, Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantı, "Dinamo" İdman Cəmiyyətinin baş inspektoru Eduard Məmmədov İtaliyada veteranlar arasında keçirilən WAKO versiya üzrə dünya çempionatında qızıl medal qazanıb.
Sportline.az xəbər verir ki, 63 kq-da mübarizə aparan idmançı finalda ukraynalı Artyom Kaşkurtsevi məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Məmmədov WAKO versiya üzrə 6-cı, ümumi versiyalar üzrə isə 26-ci dəfə dünya çempionu olub.
44 günlük Vətən müharibəsindən sonra keçirdiyi ilk yarışda qalib olan kikboksçu qələbəsini şəhidlərin ruhuna həsr edib.