EEVZA: Azərbaycan millisi ikinci oyununa çıxacaq
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Latviya yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Millimiz ilk matçında Estoniyaya 0:3 hesabı ilə uduzub. U-20 növbəti günlərdə Ukrayna, Litva və Polşa ilə də görüşəcək.
Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.