Əfsanəvi futbolçu əməliyyat olundu
Dieqo Maradona əməliyyat olunub. SportLine.az xəbər verir ki, bu barədə əfsanəvi futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.
Çiyninə cərrahi müdaxilə edilən veteran futbolçu, "Bunu çoxdan etməli idim. Hər dəfə təxirə salırdım. Əməliyyat 1,5 saat davam etdi. Hazırda hər şey qaydasındadır", - deyə bildirib.
Qeyd edək ki, Dieqo Maradona hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fucayra” komandasının baş məşqçisidir.