Ekitike üçün 4 klubdan təklif var
"Ayntraxt"ın fransalı futbolçusu Hüqo Ekitike üçün 4 ingilis klubundan təklif var.
Sportline.az "Sport Bild" nəşrinə istinadən xəbər verir ki, "Arsenal", "Çelsi", "Liverpul" və "Mançester Yunayted" Ekitikeni transfer etmək üçün hərəkətə keçib.
23 yaşlı forvardın Almaniya klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Ekitike bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 48 matçda 22 qol 12 asistlə yadda qalıb.