"Əl-Hilal"dan yeni transfer həmləsi

"Əl-Hilal" "Liverpul"un hücumçusu Məhəmməd Salahı heyətinə qatmaq niyyətindədir.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Səudiyyə klubu 32 yaşlı futbolçu üçün böyük şəxsi təklif hazırlayır. “Əl-Hilal”ın Salaha təklif edəcəyi müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq.

Yanvar ayında misirli hücumçu “Liverpul”da son ilini keçirməyi düşündüyünü dilə gətirib. Onun İngiltərə komandası ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.