"Əl-Hilal"ın baş məşqçisi Neymarın zədəsi haqqında danışıb

"Əl-Hilal"ın baş məşqçisi Xorxe Xesus hücumçu Neymarın səhhəti haqda danışıb.

Sportline.az xəbər verir ki, GOAL.com saytı portuqaliyalı mütəxəssisin sözlərinə bu cür yer verib.

"Neymar yalnız "Əl-Hilal" üçün yox, həm də Liqa üçün vacib oyunçudur. Onun nə vaxt qayıdacağını dəqiq deyə bilmərəm. Onun vəziyyətini yanvarda yenidən qiymətləndirəcəyik" deyə Xesus açıqlamasında bildirib.

Neymar 2023-cü ilin oktyabr ayının sonundan bəri menisküsün yırtılması səbəbindən matçlarda iştirak etmir.

Qeyd edək ki, 32 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə 2025-ci ilə qədər müqaviləsi var.