“Əl-İttihad”dan 70 milyon avroluq transfer
"Portu"nun gənc futbolçusu Rodriqo Mora karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “Əl-İttihad” 18 yaşlı hücum yönümlü yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir.
Bu barədə məlumatı Portuqaliyanın “Record” nəşri yayıb.
Moranın hazırkı klubuyla müqaviləsində 70 milyon avro dəyərində sərbəstqalma bəndi mövcuddur. Səudiyyə klubu bu məbləği ödəməyə hazırdır.