"Əl-Nəsr" gözünü brazilyalı futbolçuya dikdi

"Mançester Yunayted"in brazilyalı yarımmüdafiəçisi Karlos Henrike Kazemiro yanvar ayında komandasını dəyişə bilər.

Sportline.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, "Əl-Nəsr" 33 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib.

Kazemiro Mançester klubundan ayrılmaq fikrinə müsbət yanaşır.

Qeyd edək ki, sözü gedən oyunçunun klubla sözləşməsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.