"Əl Nəsr" "Mançester Siti"yə 112.5 milyon avro ödəməyə hazırdır

"Əl Nəsr" klubu transfer bombasına hazırlaşır.

Sportline.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Fil Foden üçün "Mançester Siti"yə 112.5 milyon avro ödəməyə hazırdır.

Bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Qeyd edək ki, Fodenin "Mançester Siti" ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.