"Əl-Nəsr"dən 100 milyon avroluq transfer
"Əl-Nəsr" "Arsenal"ın brazilyalı futbolçusu Qabriel Maqalayeş üçün mövsümün sonunda rəsmi təklif göndərəcək.
Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, "Əl-Nəsr"in rəhbərliyi Qabriel üçün "Arsenal"a 100 milyon avro ödəməyə hazırdır.
27 yaşlı stoperin London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Maqalayeş 2020-ci ilin sentyabr ayından etibarən "Arsenal"da çıxış edir.
O cari mövsüm çıxış etdiyi 41 matçda 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub.