“Əl-Nəsr”in gözü “Mançester Siti”nin ulduzuna düşüb

“Əl Nəsr” klubu transfer bombasına hazırlaşır.

Sportline.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr” “Mançester Siti”nin ulduz futbolçusu Fil Fodeni heyətinə qatmaq niyyətindədir.

İspaniyanın “Fichajes” nəşrinin məlumatına görə, Ər-Riyad klubu 25 yaşlı yarımmüdafiəçi üçün 130 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, əgər transfer gerçəkləşərsə, bu, tarixdə bir ingilis futbolçuya görə ödənilmiş ən yüksək məbləğ olacaq.

Hazırda bu rekord 2023-cü ildə “Real Madrid”in “Borussiya Dortmund”dan Cud Bellingemi 103 milyon avroya almasına məxsusdur.