Əlcəzair millisi Bakıya bu heyətlə gəlir

Bakıda təşkil olunacaq İslam Həmrəylik Oyunları çərçivəsində keçiriləcək futbol yarışlarında iştirak edəcək Əlcəzair seçməsinin yekun heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, baş məşqçi Amer Çafik yekun “23-lüy”ü yerli mətbuata açıqlayıb.

Qapıçılar: Çemseddin Rahmani (“Bejaya”), Abdelmumen Sifur (“USM Əlcəzair”), Zakaria Buhalfaya (“Hussein Dey”)

Müdafiəçilər: Hamza Muali, Yusef Duar (hər ikisi “Paradu”), Abdelqani Buzidi, Mohamed Xaçef (hər ikisi “Hussein Dey”), Aymen Attu (“Setif”), Abdelcalil Semmane (“USM Əlcəzair”)

Yarımmüdafiəçilər: Abderrahim Hamra, Abderrauf Benqui (hər ikisi “USM Əlcəzair”), Maher Azzuz (“Batna”), Muhammed Meruani (“Klef”), Messala Merbah (“Saura”), Zakaria Drui (“Beluizdad”), Ahmed Qaqa (“Paradu”), Laid Uadji (“El Harraç”)

Hücumçular: Farid Melali, Tayeb Meziani (hər ikisi “Paradu”), İlyes Yayçe (“USM Əlcəzair”), İsmail Sadi (“Setif”), Karim Aribi (“Beluizdad”), Dayeddin Qudcil (“Medea”).

Qeyd edək ki, B qrupunda Türkiyə, Fələstin və Omanla yarışacaq Əlcəzair yığması ilk oyununu  mayın 8-də “ay-ulduzlular”a qarşı keçirəcək.