"Elçe"nin futbolçusu "Mançester Yunayted"ə keçə bilər
"Elçe"nin futbolçusu David Affenqruber karyerasını "Mançester Yunayted"də davam etdirməyə yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.
İspaniya klubu bu keçid üçün qarşı "qırmızı şeytanlar"dan 30 milyon avro tələb edir.
Qeyd edək ki, 25 yaşlı stopperin "Elçe" ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.