Elçin Məsiyevin durumuna aydınlıq gətirildi
FIFA referisi Elçin Məsiyevin durumuna aydınlıq gətirilib.
Sportline.az xəbər verir ki, 34 yaşlı hakimin ayağında yüngül zədə var.
Onun növbəti turlarda təyinat alacağı gözlənilir.
Qeyd edək ki, Elçin Məsiyev Misli Premyer Liqasının XII turunun "Karvan-Yevlax" oyununu idarə etməli idi.
Amma, bu oyun zədə səbəbindən Rauf Cabarova tapşırılıb.
Məsiyev bu qarşılaşmanın VAR hakimi olacaq.