Ələkbər Məmmədov yad edildi

Azərbaycan futbolunun tarixində özünəməxsus yeri olan, ölkə futbolunun inkişafında müstəsna xidmətlər göstərmiş, futbol sahəsində çoxsaylı titul və mükafatlara layiq görülmüş mərhum Ələkbər Məmmədovun vəfatının 2-ci ildönümüdür. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu münasibətlə bu gün AFFA rəsmiləri və ölkə futbol ictimaiyyətinin nümayəndələri II Fəxri Xiyabana gediblər.

Onlar Ələkbər Məmmədovun məzarını ziyarət ediblər.