Eli Junior Avropa nəhənglərinin radarındadır

"Bornmut"un forvardı Eli Junior Kroupi Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, "Real Madrid", "Barselona", "Bavariya", "Çelsi" və "Liverpul" sözügedən oyunçu ilə yaxından maraqlanır.

Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

Qeyd edək ki, E.Junior Kroupi cari mövsüm meydana çıxdığı 29 matçda 10 qolla yadda qalıb.