Eli Junior "Barselona" yolunda

"Bornmut"un futbolçusu Eli Junior Kroupi yayda "Barselona"ya keçə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Sport" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi 19 yaşlı forvard üçün 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Eli Junior cari mövsüm meydana çıxdığı 33 matçda 12 qolla yadda qalıb.