Əliyar Ağayevin idarə etdiyi final
19 yaşadək futbolçular arasında Avropa çempionatı yekunlaşıb. SportLine.az xəbər verir ki, həlledici görüşdə Fransa və İtaliya milliləri üz-üzə gəlib. Qarşılaşmada fransalılar güclü olublar - 4:0.
Matçda əsas söz sahibi azərbaycanlı FİFA referisi Əliyar Ağayev olub. Ağayev 90 dəqiqə ərzində 7 dəfə əlini cibinə atıb. 5 dəfə "Skuadra Adzurra"nı cəzalandıran azərbaycanlı hakim, 2 dəfə də "muşektyorlar"a sarı vərəqə göstərib.