Əliyar Ağayevin idarə etdiyi oyunda qalib müəyyənləşmədi

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, həmyerlimiz "Konyaspor" - "Braqa" matçında ədaləti təmsil edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Əliyar Ağayev 3 dəfə vərəqədən istifadə edib. FİFA referisi “Konyaspor”un iki (Meha, Turan), qonaqların isə bir futbolçusunu (Fonte) sarı vərəqə ilə cəzalandırıb.