Elliot Andersonun sərbəst qalma məbləği açıqlanıb
"Nottingem Forest" 23 yaşlı futbolçusu Elliot Andersonun sərbəst qalma məbləğini açıqlayıb.
Sportline.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçinin transfer qiyməti 100 milyon avrodur.
Bu haqda jurnalist Tom Kollomosse öz "X" hesabında paylaşım edib.
Qeyd edək ki, E.Anderson bu mövsüm meydana çıxdığı 15 matçda 1 qol, 1 asistlə yadda qalıb.
Sözügedən oyunçu ilə "Mançester Yunayted", "Çelsi", "Liverpul", "Mançester Siti" və "Nyukasl Yunayted" klubları yaxından maraqlanır.