Elmar Baxşıyev: "Rəqibin məşqçisinin etdikləri bizə sirr qalır"

"Rəqibin məşqçisinin etdikləri bizə sirr qalır".

Sportline.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX turunun oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis növbəti qarşılaşmalara hazırlaşacaqlarını bildirib:

"Rəqibin məşqçisinin etdikləri bizə sirr qalır. Öz oyunumuzu qorumağa çalışırıq. Hesabda öndə olanda onların üzərimizə gəlməsi normaldır. Futbolda "qara zolaq" da var. Qalibiyyət əhəmiyyətli olur. Məğlubiyyətdən isə qaçmaq mümkün deyil".

Banner