Elxan Məmmədovun qardaşı yüksək vəzifəyə təyin olundu
Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.
Sportline.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Emin Məmmədov AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun böyük qardaşıdır.
Əməkdar incəsənət xadimi olan Emin Məmmədov bu təyinatadək Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.