Əməkdar məşqçi Hikmət Hacıyev Monteneqroda mükafatlandırıldı

Xəbər verdiyimiz kimi, yeniyetmə və gənclərdən ibarət komandamız Monteneqroda keçirilən Avropa çempionatında yüksək nəticə ilə tarixə düşüb.

Sportline.az xəbər verir ki, ümumilikdə milli komandanın tərkibində ölkəmizi təmsil edən 25 idmançıdan 17-si Vətənimizə medalla qayıdıb.

5 qızıl, 5 gümüş və 7 bürünc medal qazanan milli komandamız federasiyanın dünya və Avropa çempionatlarında ən uğurlu çıxışına imza atıb.

Turnirdə həmçinin millimizin baş məşqçisi, əməkdar məşqçi Hikmət Hacıyev komandanın yüksək nəticə göstərməsinə görə WAKO Avropa Federasiyasının prezidenti İstvan Kiraly tərəfindən təltif olunub.

Qeyd edək ki, H. Hacıyev 1999-cu ildən daxili işlər orqanlarında çalışır. Fəaliyyəti dövründə kikboksinqdə onlarla çempion yetişdirib.