Emil Balayev karyerası ilə bağlı qərar verdi

Emil Balayev "Zirə”dən ayrılmaq qərarına gəlib. 
 
Sportline.az xəbər verir ki, qışda Qazaxıstan "Tobol”u ilə yolları ayrılan qolkiper, klubsuz qalmamaq üçün yarım mövsümlük müqavilə ilə anlaşdığı "qartallar”ın yeni təklifini qəbul etməyib.
 
Azərbaycan millisinin üzvü, ölkə xaricində oynamaq istədiyini əsas gətirərək, təklifi geri çevirib. 
 
Balayev, "Zirə” rəhbərliyinə menecerinin ona daha səviyyəli çempionatda çıxış edən komanda axtardığını bildirib.