DİN-in İdman Cəmiyyətinin idmançısı nokautla çempion oldu

Türkiyənin İstanbul şəhərində "King of the Kings" peşəkar kikboks turniri keçirilib.

Sportline.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirməsi, ikiqat respublika çempionu, dünya 3-cüsü Emil Hümbətov döyüşün ilk dəqiqələrində Özbəkistandan olan rəqibini nokaut etməklə qələbə qazanıb.

Emil Hümbətov yarışa Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin baş məşqçisi, gənc və yeniyetmə kikboksçulardan ibarət milli yığma komandanın baş məşqçisi, "Əməkdar məşqçi" Hikmət Hacıyevin rəhbərliyi altında hazırlaşıb.

Qeyd edək ki, H. Hacıyev 1999-cu ildən daxili işlər orqanlarında çalışır. Fəaliyyəti dövründə kikboksinqdə onlarla çempion yetişdirib.