Emin Mahmudov oynadı, "Boavişta" 1 xal qazandı
Azərbaycan millisinin üzvü Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" Portuqaliya Premyer Liqasında növbəti matçını keçirib. SportLine.az xəbər verir ki, rəqib "Nasyonal" kollektivi olub.
Oyunda qalib müəyyənləşməyib - 2:2.
E.Mahmudov start heyətində meydana daxil olub və fasilədən dərhal sonra əvəzlənib.
Qeyd edək ki, hesabında 39 xalı olan "Boavişta" 9-cu pillədə qərarlaşıb.