Emin Mahmudov: “Qarabağ” Rusiyada çempionluq üçün yarışa bilər”

“Qarabağ” Rusiya Premyer Liqasında 100% çempionluq üçün yarışa bilər”.

Sportline.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının və “Neftçi”nin futbolçusu Emin Mahmudov “sports.ru”ya müsahibəsində deyib.

Yarımmüdafiəçi bildirib ki, Ağdam klubunun öz oyun üslubu var: “Onlar istənilən rəqibi öz tərzlərinə uyğunlaşdıra, öz istədikləri kimi oynamağa məcbur edə bilirlər. Məsələn, “Qarabağ”la qarşılaşan rəqiblər meydanda daha çox topsuz qaçmaqla məşğul olurlar. Hətta “Zenit” də gəlsə, eyni şey olacaq”.

Emin Mahmudov bildirib ki, Rusiya klublarından fərqli olaraq, “Qarabağ” hər il avrokubokların qrup mərhələsində çıxış edir.

Banner