Emrah Çelikel: "Oyunçular paltardəyişmə otağından istifadə etməyəcəklər"

Sabahdan məşqləri bərpa edəcək Azərbaycan Premyer Liqası klubları kollektiv şəkildə hazırlaşa biləcəklər.

Sportline.az xəbər verir ki, bu barədə "Report"a "Qarabağ"ın direktoru Emrah Çelikel məlumat verib.

Ağdam təmsilçisinin rəsmisi bildirib ki, bununla belə, təhlükəsizliklə bağlı müəyən qaydalara əməl etmək tələb olunur: "Bununla bağlı AFFA-dan klublara təlimat göndərilib. Əsas məsələ gigiyena və sosial məsafə qaydalarıdır. Məsələn, oyunçular paltardəyişmə otaqlarından istifadə etməyəcəklər: Futbolçular oyunlara hazır vəziyyətdə gələcəklər".

Qeyd edək ki, AFFA bu gün Azərbaycan Premyer Liqasının bərpa tarixini açıqlayıb.