Emre Morun yeni komandası müəyyənləşir

"Fənərbağça"da istənilən performansı göstərə bilməyən Emre Mor komandadan ayrılacaq.

Sportline.az xəbər verir ki, Super Liqanın yeni komandası "Eyüpspor" 26 yaşlı futbolçunu heyətinə qatmaq üzrədir.

Emre Morun meneceri Nima Modyr "Eyüpspor"un Kemerburgaz təsislərində "Fənərbağça" təmsilçiləri ilə görüşüb. Rəsmi açıqlamanın yaxın vaxtlarda açıqlanacağı gözlənilir. Emre Mor icarə əsasında "Eyüpspor"da çıxış edəcək.

Qeyd edək ki, ötən mövsümü icarə  əsasında "Karagümrük"də keçirən türkiyəli futbolçu meydana çıxdığı 21 oyunda 1 qol vurub, 4 asist edib.