Ən bahalı heyətə malik klubların siyahısı açıqlandı

Futbol sahəsində araşdırma ilə məşğul olan CIES nəşri dünyanın ən bahalı heyətə sahib klubların cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, siyahıya 718 milyon avro dəyərlə "Mançester Yunayted" başçılıq edir. Bu il transferlərə 200 milyon avroya yaxın pul xərcələyən "qırmızı şeytanlar" dünyanın ən bahalı heyətinə sahibdirlər. 

Ötən ilin lideri - Madrid "Real"ı 634 milyon avro göstərici ilə ikinci pillədədir. Mançester şəhərinin digər təmsilçisi - "Mançester Siti" isə 611 milyon avro ilə üçüncüdür.

İspaniya nəhəngi - "Barselona" siyahının 4-cü pilləsində qərarlaşıb.