En-Nesri İngiltərədə çıxış edəcək
"Fənərbağça"nın forvardı Yusef En-Nesri karyerasını "Everton"da davam etdirməyə yaxındır.
Sportline.az jurnalist Florian Plettenberqin məlumatına istinadən xəbər verir ki, Mersisay təmsilçi bu keçid üçün 20 milyon avro ödəməyə hazırdır.
28 yaşlı futbolçu 2024-cü ildən "Fənərbağça"da çıxış edir.
Qeyd edək ki, İstanbul klubu En-Nesri üçün "Sevilya"ya 19.5 milyon avrö ödəmişdir.