En-Nesiri Türkiyə futbol tarixinin ən bahalı transferi olub

"Fənərbağça"nın "Sevilya"dan heyətində qatdığı mərakeşli futbolçu Yousef En-Nesri Super Liqa tarixinin ən bahalı transferi olub.

Sportline.az xəbər verir ki, 22 milyon avro qarşılığında Türkiyə klubuna keçən 27 yaşlı hücumçu Mario Jardeli üstələyərək ən bahalı transferlər siyahısında ilk pilləyə yüksəlib.

Türkiyəyə transfer olunmuş ən bahalı 10 oyunçu siyahısı aşağıdakı kimidir.

1.Yousef En Nesri (22 milyon avro)

2.Mario Jardel (17.5 milyon avro)

3.Cengiz Ünder (15 milyon avro)

4.Nikolo Zaniolo (15 milyon avro)

5.Dani Quiza (14 milyon avro)

6.Mbaye Cagne (13 milyon avro)

7.Emmanuel Emenike (13milyon avro)

8.Bruma (13milyon avro)

9.Əl-Musrati (11 milyon avro)

10.Mauro İkardi (10 milyon avro)

Qeyd edə ki, En-Nesri bu gün "Fənərbağça" ilə rəsmi müqavilə imzalamaq üçün İstanbula gələcək.