"Ən yaxşı"lar müəyyənləşdi, Messi və Ronaldo kənarda qaldı
Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) 2017-ci ildə dünyanın ən yaxşı idmançılarını açıqlayıb. SportLine.az xəbər verir ki, 112 ölkədən 517 jurnalistin iştirak etdiyi səsvermədə, həm qadın, həm də kişi idmançıların siyahısı açıqlanıb.
Maraqlıdır ki, ötən il olduğu kimi bu dəfə də ilk yerləri tennisçilər Roje Federer və Serena Uillyams tutub. Futbolçular Kriştianu Ronaldu və Lionel Messi isə müvafiq olaraq 2 və 3-cü yerlərdə qərarlaşıb:
Kişilər
1. Roje Federer (tennis) – 918 (19.94%)
2. Kriştiano Ronaldo (futbol) – 788 (16.94%)
3. Lionel Messi (futbol) – 530 (11.39%)
4. Luis Hemilton (F1) – 358 (7.69%)
5. Rafael Nadal (tennis) – 351 (7.54%)
Qadınlar
1. Serena Uillyams (tennis) – 651 (13.99%)
2. Katinka Hossu (üzgüçülük) – 631 (13.56%)
3. Ellison Feliks (yüngül atletika) – 495 (10.64%)
4. Ketlin Ledeki (üzgüçülük) – 442 (9.5%)
5. Qarbinye Muqrusa (tennis) – 351 (7.54%)