Endi Marrey peşakar karyerasını başa vurub
Məhşur şotlandiyalı tennisçi Endi Marrey karyerasını başa vurduğunu açıqlayıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 37 yaşlı oyunçu Paris Olimpiyadasında məğlub olduqdan sonra bu qərara gəlib.
Karyerasında 2 qızıl medalı olan Marrey "Karyerama, uğurlarıma və idmana qatdıqlarıma görə gürür duyuram.İndi doğurdan da xoşbəxtəm" deyib.
Qeyd edək ki, karyerasında üç dəfə böyük dəbilqə çempionluğu yaşayan Marrey 2012 və 2016-cı il Olimpiadalarında qızıl medal qazanıb. Marrey 2012-ci il London Olimpiadasında qarışıq cütlərdə də gümüş medal qazanıb.