Endidi Premyer Liqaya qayıda bilər
"Beşiktaş"ın yarımmüdafiəçisi Vilfred Endidi karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az insayder Fabrizio Romanonun məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" 29 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.
V.Endidi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 16 matçda 1 qol, 1 asistlə yadda qalıb.
Qeyd edək ki, Nigerya millisinin üzvünün transfer qiyməti 15 milyon avrodur.